Modern.az

Təbiəti "sökənlər"ə 84189 manat cərimə kəsilib

Təbiəti "sökənlər"ə 84189 manat cərimə kəsilib

Ölkə

26 Noyabr 2009, 10:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2009-cu ilin  2-15 noyabr tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma apar;blar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 66 akt və 40 protokol tərtib olunub və 23 məcburi göstəriş verilib.
Modern.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 49 iş üzrə 84189 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 21 iş üzrə 36480,49 manat məbləğində iddia qaldırılıb. İdarə və müəssisələrə 94 iş üzrə 13970,76 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 1, məhkəmələrə göndərilmiş 17 işə baxılmayıb, məhkəmə nəzarətçiləri və məhkəmə icraçılarına göndərilmiş 20 işdən 5 işə baxılaraq müvafiq tədbirlər görülüb.
Su ehtiyatlarının mühafizəsi sahəsində 5 akt və protokol tərtib olunub və 1 məcburi göstəriş verilib. 21 iş üzrə 2162,09 manat məbləğində ödəmə tətbiq edilib.
Atmosfer havasının mühafizəsi sahəsində 16 akt və protokol tərtib olunub və 11 məcburi göstəriş verilib. 4 iş üzrə 5160 manat məbləğində cərimə, 43 iş üzrə 6128,82 manat məbləğində ödəmə tətbiq edilib.
Torpaq ehtiyatları sahəsində 3 akt və protokol tərtib olunub. 4 iş üzrə 4000 manat məbləğində cərimə, 5 iş üzrə 450 manat məbləğində ödəmə tətbiq edilib.
Yerin təkinin mühafizəsi sahəsində 11 akt və protokol tərtib olunub və 7 iş üzrə 8000 manat məbləğində cərimə tətbiq edilib, dəymiş ziyanla bağlı 6 iş üzrə 35528,7 manat məbləğində iddia qaldırılıb. 1 iş üzrə 1100 manat məbləğində ödəmə tətbiq edilib.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 21 akt və protokol tərtib olunub və 8 məcburi göstəriş verilib. 15 iş üzrə 52300 manat məbləğində cərimə, 24 iş üzrə 4129,85 manat məbləğində ödəmə tətbiq edilib.
Flora və faunanın mühafizəsi sahəsində 50 akt və protokol tərtib olunub və 3 məcburi göstəriş verilib. 19 iş üzrə 14729 manat məbləğində cərimə, 15 iş üzrə 951,79 manat məbləğində iddia qaldırılıb.
 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?