Modern.az

“Sumqayıt karton” müəssisəsinin tikinti-quraşdırma işləri başa çatıb

“Sumqayıt karton” müəssisəsinin tikinti-quraşdırma işləri başa çatıb

Ölkə

26 Noyabr 2009, 10:16

Modern.az xəbər verir ki, Sumqayıtda xam kağız emalı müəssisəsi – “Sumqayıt karton” Məhdud Məsuliyyətli Cəmiyyətdə tikinti-quraşdırma işləri başa çatıb. İstehsal korpusu və inzibati bina, məişət yeri tikilib. Istehsal təyinatlı bütün avadanlıqlar quraşdırılıb, texniki sazlama işləri aparılıb və sınaq nümunəsi alınıb. Bakı-Quba şosse yolundan müəssisəyə yol çəkilib. Hazırda tikinti işlərinə 20 nəfər işçi cəlb olunub. Müəssisə ərazisində abadlıq işləri başa çatmaq üzrədir. 

Qeyd edək ki, hazırda Sumqayıtda bir neçə sənaye sahələrində tikinti-quraşdırma işləri aparılır. Bunlara iplik istehsalı müəssisəsi “İntertekstil” ASC, “Xovlu İplik” ASC, elektrik naqilləri və kabellər istehsal edəcək “Sumqayıt Texnologiyalar Parkı” və  "Azərsun Holdinq"in Sumqayıt fabriki daxildir.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?