Modern.az

Səhiyyə Nazirliyi paytaxtda üç apteki bağladı

Səhiyyə Nazirliyi  paytaxtda üç apteki bağladı

Ölkə

26 Noyabr 2009, 16:48

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri və İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhərində qoruyucu maskaların və virus əleyhinə preparatların qiymətlərinin bahalaşması və qıtlığı ilə bağlı əhalidən daxil olan müraciətlər və şikayətlərlə əlaqədar keçirilən birgə reydlərin nəticələri açıqlanıb.   Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, reydlər zamanı bəzi apteklərdə dövlət qeydiyyatı və yararlılıq sertifikatı olmayan dərman vasitələrinin, həmçinin qiymətləri süni surətdə qaldırılmış qoruyucu maskaların əhaliyə satışı aşkar edilib. Belə ki, Nəsimi rayonu, R.Behbudov küçəsi, 16 ünvanında “AzkoMed” MMC-yə, M.Qasımov küçəsi, 14/26 ünvanında “İmpuls-M.V.” MMC-yə məxsus aptekdə, Səbail rayonu ərazisində “Ülvi-Həyat” firmasına məxsus aptekdə qoruyucu maskaların bir ədədinin 30-50 qəpiyə satıldığı, onların qiymətlərinin süni şəkildə artırıldığı, eyni zamanda bir neçə adda yararlılıq sertifikatı olmayan dərman preparatlarının satışı, hiqrometrin olmaması və termolyabil dərman vasitələrinin saxlanma qaydasına riayət edilməməsi faktları aşkarlanıb. Qeyd olunanlarla əlaqədar olaraq, bu obyektlərinə əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılıq (lisenziya) dayandırılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?