Modern.az

Azərbaycanda ədəbiyyatla bağlı dövlət mükafatı təsis ediləcək

Azərbaycanda ədəbiyyatla bağlı dövlət mükafatı təsis ediləcək

Ölkə

26 Noyabr 2009, 18:44

“Ədəbiyyat sahəsində dövlət mükafatının təsis edilməsi ilə bağlı müzakirələr gedir”. Bu barədə “Modern.az” saytına Azərbaycan Yazıçılar Birliyinin katbi Rəşad Məcid məlumat verib. Onun sözlərinə görə,  son zamanlar kitaba marağın artma tempi müşahidə edilir. “90-cı illərdə böhranla bağlı kitab çapında ciddi problemlər olub. Amma AYB-nin sədri Anarın təşəbbüsü ilə “Azərbaycan”, ”Qobustan” və digər nəşrlər dövlət büdcəsinə salındı. 2004-cü ildən Prezident İlham Əliyevin fərmanı ilə hər il 1000 min tirajla latın qrafikasında kitab çap edilir”-deyə AYB rəsmisi qeyd edib.  Rəşad Məcid bildirib ki,  yaxın vaxtlarda ədəbiyyat sahəsində dövlət mükafatının təsis edilməsi ilə bağlı məsələnin həllini tapması gözlənilir.   

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?