Modern.az

Parlament Jurnalistlər Birliyi GTMŞ ilə uşaq evinə birgə ziyarət təşkil edib

Parlament Jurnalistlər Birliyi GTMŞ ilə uşaq evinə birgə ziyarət təşkil edib

Ölkə

28 Noyabr 2009, 21:00

Modern.az xəbər verir ki, noyabrın 28-də Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvləri Nizami rayonunda yerləşən 1 saylı Uşaq Evini ziyarət ediblər.
Jurnalistlər və gənclərin Qurban bayramı münasibətilə Uşaq Evinə gəlişi buradakı azyaşlıların sevincinə səbəb olub.
Qeyd edək ki, bu Uşaq Evində valideyn himayəsindən məhrum olan 100-dən çox uşaq tərbiyə olunur. Müəssisənin rəhbərliyi bildirib ki, Heydər.Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində əsaslı təmir olunan və yenidən qurulan bu uşaq evində balaca sakinlərin təlim-tərbiyəsi, istirahəti üçün hər cür şərait yaradılıb. Burada 3 yaşından 18 yaşınadək uşaq və yeniyetmə yaşayır.
M
illət vəkili, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradovun rəhbərlik etdiyi qurumun üzvləri və Tərəfsiz (Parlament) Jurnalistlər Birliyində təmsil olunan KİV nümayəndələri Uşaq Evindəki şəraitlə yaxından tanış olublar. Sonra qonaqlar azyaşlıların ifasında səhnəciklərə tamaşa ediblər.
Millət vəkili F.Muradovun Qurban bayramı münasibətilə gətirdiyi hədiyyələr Uşaq Evinə verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?