Modern.az

Tanınmış müğənni vəfat edib

Tanınmış müğənni vəfat edib

Ölkə

19 Avqust 2011, 11:06

Modern.az-ın xəbərinə görə, tanınmış müğənni Rövşən Behcət 66 yaşında vəfat edib. Ailə üzvlərinin verdiyi məlumata görə, Rövşən Behcət uzun müddət imiş ki, ağır xəstəlikdən – xərçəngdən əziyyət çəkirmiş. Mərhum Gəncədə İmamzadə məzarlığında dəfn olunacaq.
Onunla vida mərasimi avqustun 19-da saat 12-dən 15-dək Gəncə Dövlət Dram Teatrında olacaq.

Əslən Cənubi Azərbaycandan olan R.Behcət 1945-ci il martın 17-də Təbrizdə dünyaya gəlib. 1961-ci ildən ailəsi ilə birlikdə Gəncəyə köçüb. 1969-cu ildə Gəncdə “Göy göl” xalq çalğı alətləri ansamblında çalışmağa başlayıb. Sonralar respublika miqyasında məşhurlaşan müğənni bir çox mahnəların təkrarolunmaz ifaçısı kimi yaddaşlarda qalıb.


Allah rəhmət eləsin!


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı