Modern.az

Quru çaylar niyə bahalaşır?

Quru çaylar niyə bahalaşır?

Ölkə

1 Dekabr 2009, 14:38

Ticarət şəbəkəsində qablaşdırılmış quru çaylar bahalaşıb. "Azərçay", "Final", "Paşa", "Beta", "Chempion" çaylarının qiymətində 5-15 qəpik artın baş verib. Yerli məhsullarla yanaşı, xaricdən gətirilən çaylar da əvvəlki vaxtlardan baha satılır. Modern.az bununla əlaqədar Azərbaycandakı ən böyük çay istehsalçısı “Azərsun Holdinq” şirkəti ilə əlaqə saxlayıb. Şirkətin ictimaiyyətlə əlaqələr xidmətinin bölmə rəisi Afiq Səfərov çayların bahalaşmasının səbəbin qlobal iqtisadi böhranla əlaqələndirib. Onun sözlərinə görə, dünyada cətəyan edən ekoloji dəyişikliklər nəticəsində çay plantasiyalarının ərazisi getdikcə azalmağa başlayıb. “Hesablamalara görə 20 ildən sonra çay həddən artıq bahalı məhsula çevriləcək. Çünki çay plantasiyaların sahəsi daralır, bu məhsula tələbat isə artır”. A.Səfərov deyib ki, Azərbaycanda çay qıtlığı yaranmaması üçün “Azərsun” şirkəti yerli çayçılığın inkişafı üçün müxtəlif tədbir və layihələr həyata keçirir. “Hazırda Lənkəran-Astara zonasında yeni çay plantasiyalarının salınması işləri davam etdirilir. Biz yaşıl çay yarpağını yerli çayçılardan dünya bazarındakından 30% baha alırıq ki, çayçılığa olan maraq azalmasın. Təbii ki, bu da öz müsbət nəticələrini verir”-deyə şirkət nümayəndəsi bildirib.

  

Günay Musayeva

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?