Modern.az

Paytaxt məktəblərinin bufetlərində yoxlamalar aparılır

Paytaxt məktəblərinin bufetlərində yoxlamalar aparılır

Ölkə

3 Dekabr 2009, 10:25

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarını keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorumaq məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Modern.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu həftədən etibarən Dövlət Xidməti Bakı şəhərinin orta ümumtəhsil müəssisələrində fəaliyyət göstərən yeməkxana və bufetlərdə monitorinqlərə başlayıb. Monitorinqlərin həyata keçirilməsində məqsəd şagirdlərin keyfiyyətli və təhlükəsiz məhsullarla qidalanmasını təmin etməkdir.

Dövlət Xidməti həmçinin, qış mövsümü ilə əlaqədar əhalinin artan tələbatını nəzərə alaraq, hazırda şəhərin ticarət obyektlərində sertifikatlaşdırılmamış qaz sobalarının satışının olub-olmamasını müəyyən etmək üçün nəzarət tədbirləri də keçirir.

İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti əhaliyə keyfiyyətsiz ərzaq məhsullarının, həmçinin sertifikatlaşdırılmamış qaz sobalarının satışı halları ilə rastlaşdıqda 498-15-01 498-15-04 nömrəli telefonlarla məlumat verməyi tövsiyə edir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?