Modern.az

Hicran Hüseynova: “Qızların nikah yaşının 18-ə qaldırılmasına nail olacağıq”

Hicran Hüseynova: “Qızların nikah yaşının 18-ə qaldırılmasına nail olacağıq”

Ölkə

3 Dekabr 2009, 11:39

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda qızların nikah yaşının 17-dən 18-ə qaldırılması ilə bağlı məsələ qaldırıb. Komitənin sədri Hicran Hüseynova Modern.az saytına bildirib ki, Ailə Məcəlləsində dəyişiklik edilməsi üçün bu məsələyə dair təklif veriblər: “Söhbət ondan gedir ki, bizdə qızların nikah yaşı üçün 17 yaş müəyyənləşdirilib, BMT-nin Uşaq Konvensiyasinda isə bu hədd 18 yaşdır. Azərbaycan bu konvensiyaya qoşulub. Çalışırıq ki, təklifimiz reallaşsın. Ancaq hələ ki məsələ yubanır. Hesab edirəm ki, bununla bağlı bir necə dinləmələr olmaılıdır. İnanırıq ki, bizim təkliflə bağlı müzakirələr aparıldıqdan sonra Ailə Məcəlləsinə dəyişiklik qəbul ediləcək”.

H.Hüseynova uşaq evlərində 18 yaşı tamam olan qızların taleyi barədə də danışıb: “Bu, sadə problem deyil. Xüsusilə də qız uşaqlarını hardasa yerləşdirmək lazımdır və bu, çətindir. Bizdə vəziyyət belədir ki, uşaq evlərindəki kimsəsiz qızların 18 ya 19 yaşı tamam olsa da, iş yeri tapmayıblarsa, yaxud ailə qurmayıblarsa istisna hal kimi onlar elə uşaq evlərində qalırlar. Çalışırıq onlara problemlərinin həll edilməsində dəstək olaq. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu sahədə xeyli işlər görülüb. Rayonlarada müəssisələr yaradılır. Hesab edirəm ki, əvvəlcədən 18 yaşlı kimsəsizlər üçün iş yerlərinin tapılması, təhsillərinin  davam etdirilməsi vacibidir. Artıq bu prosesə başlanılıb”.

H.Hüseynova uşaq evlərindəki uşaqların ailələrə verilməsi, uşaq evlərinin formasının dəyişdirilməsi ilə baglı görülən işlərdən də danışıb: “Uşaq evlərinin  formasi dəyişəcək. Onlar bərpa mərkəzlərinə və ailələrə dəstək mərkəzlərinə çeviriləcək. Ancaq birdən-birə bu qədər uşaq evini ləğv etmək mümkün deyil. Orada işləyən insanlarin profilləri də dəyişdirilməlidir. Uşaq evlərində psixioloqlara, ailə üzrə mütəxəssislərə, sosial işçilərə böyük ehtiyac var. Uşaq evlərinin yerində yaradılan mərkəzlərdə treninqlər keçirilməli, xusisu kurslar təşkil olunmalıdır ki, qarşıya qoyulan məqsədə çataq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?