Alman alimlərinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, yeni doğulmuş körpələrin çıxardığı səslər və qığıltılar valideynlərinin mənsub olduğu xalqın danışdığı dilin səs tonu ilə uyğun gəlir. Mütəxəssislər fransız və alman ailələrində doğulan korpələrin çığırtısını öyrənərək maraqlı nəticələr əldə ediblər. Belə ki, fransız ailəsində doğulan korpə ağlayarkən səs tonu əvvəldən axıra doğru dəyişib. Alman körpəsi isə səs tonunu dəyişərək yalnız çığırtının sonunda “zəngulə vurub” .Linqivistlər bildiriblər ki, səs tonlarının belə fərqli dəyişmələri hər iki dil üçün xarakterikdir.