
“Nəsimi rayonu ərazisində, metronun “20 Yanvar” stansiyası yaxınlığında Xankəndi poçtu fəaliyyətə başlayacaq”. Bu barədə Modern.az saytına Rabitə və Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib. O qeyd edib ki, burada məqsəd təbliğat xarakteri daşıyır.
“Eyni zamanda Xankəndi poçtuna indeks də veriləcək. Bundan sonra Xankəndi poçtu beynəlxalq əlaqələr yaradacaq. Açılış bu həftə baş tutacaq”.
Novruz Məmmədov qeyd edib ki, artıq poçt binasında təmir işləri başa çatıb. Poçt Xocalı rayonu Xankəndi poçt şöbəsi adlanacaq.
Açılışda Rabitə və informasiya texnologiyaları naziri, Qarabağın azərbaycanlı icmasının üzvləri, millət vəkilləri iştirak edəcək.
Modern.az