Modern.az

Aparıcının öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı - GÖRÜNTÜLƏR

Aparıcının öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı - GÖRÜNTÜLƏR

Ölkə

Bu gün, 09:41

Tanınmış aparıcının öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Modern.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə ekspertizalar təyin edilib.

***

09:05

ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verən yol qəzasında həyatını itirib.

Modern.az xəbər verir ki, aparıcı doğum gününü yaxınları ilə qeyd etdikdən sonra evə qayıdarkən qəzaya düşüb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza “VOYAH” markalı minik avtomobili ilə yük maşınının iştirakı ilə baş verib. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Anar Kərimov və sərnişini Ada Süleymanova həlak olublar.

Xilasedicilər hər iki şəxsin meyitini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə bağlı araşdırma aparılır.

***

08:21

ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman vəfat edib.

Modern.az xəbər verir ki, aparıcı yaxınları ilə doğum gününü qeyd edib.  Evinə qayıdarkən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Qeyd edək ki, Ada Süleyman uzun müddət ARB TV-də yayımlanan “Sən olsaydın” verilişinə aparıcılıq edib

Sizə yeni x var
Keçid et
Rusiya şəhərlərinə dəhşətli hücum - Şok görüntülər