Modern.az

Regionlarda da QİÇS-lə mübarizə məntəqələri açılacaq

Regionlarda da QİÇS-lə mübarizə məntəqələri açılacaq

Ölkə

4 Dekabr 2009, 20:20

Dekabrın 4-də Gəncə şəhər Səhiyyə İdarəsində Ümumdünya QİÇS-lə mübarizə həftəsi elan əlaqədar konfrans təşkil olunub. Konfransda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qurbanova və Ümumdünya Səhiyyə Təşkilatının İnfeksion xəstəliklər üzrə mütəxəssisi Cavahir Süleymanova iştirak ediblər. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru H.Qurbanova bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da HİV-ə yoluxmuş insanların qeydiyyatı aparılır və son 11 ay ərzində 410 nəfərin bu virusa yoluxduğu qeydə alınıb.
Ümumiyyətlə Azərbaycanda 1987-ci ilin 1 dekabr tarixindən etibarən 2224 HİV-ə yoluxan xəstə qeydə alınıb, onlardan 2138 nəfəri Azərbaycan vətəndaşıdır.
1376-halda HİV-ə yoluxma infeksion narkotik inyeksiyası nəticəsində, 495-halda heteroseksual, 16-halda isə homoseksual kontakt nəticəsində, 20-halda anadan uşağa keçməklə, 1-halda donor qanının köçürülməsi nəticəsində baş verib, 230 nəfərdə yoluxma yolu naməlumdur.
H.Qurbanova həmçinin qeyd edib ki, coğrafi nöqteyi-nəzərdən HİV-ə yoluxma halları Azərbaycanın cənub rayonlarında, Lənkəran, Masallı, Astarada daha sıx qeyd olunub, həmçinin son zamanlar bu sıraya Hacıqabul, Şirvan rayonlarını da əlavə etmək olar. Qeyd olunan rayonlara nisbətən Gəncədə vəziyyət qənaətbəxşdir.
H.Qurbanova onu da qeyd edib ki, ”AİDS-lə mübarizə üzrə” Tədbirlər Proqramına əsasən, Azərbaycanın bir neçə regionunda, xüsusən də HİV infeksiyasının yayılma dərəcəsi yüksək olan şəhər və rayonlarda regional məntəqələrin, müalicə müəssisələrinin təşkil olunması nəzərdə tutulur. Proqram gələn ildən etibarən həyata keçiriləcək və bundan sonra xəstələr regionlarda da müalicə ediləcəklər.
Həmçinin proqramda Azərbaycanın bir sıra rayon və şəhərlərində təsdiqedici laboratoriyaların açılması da planlaşdırılır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?