AZƏRBAYCANDA AİLƏVİ ÖZÜNƏQƏSDLƏR BAŞ VERİR
Modern.az saytı noyabr ayında ölkə ərazisində qeydə alınan intihar hadisələrinin statistikasını aparıb. Rəsmi mənbələrin açıqladığı məlumatlara görə, noyabrda 26 özünəqəsd olayı baş verib. Özunə qəsd edənlərin 16 nəfəri kişi, 6-sı qadın, 3-ü məktəbli, biri azyaşlı olub. İndi isə baş verən hadisələrin geniş təfərrüatına varaq.
İsmayıllı rayonunun Hacıhətəmli kənd sakini, 17 yaşlı (11-ci sinif şağirdi) Murad Məmmədov və Beyləqan rayonu Şahsevən kənd sakini 15 yaşlı (9-cu sinif sağirdi) Türkeş Abbasquluzadə özlərini asıblar. Hər iki intiharın hansı səbəbdən baş verməsi barədə məlumat verilməyib.
Səbəbi bəlli olan dəhşətli bir hadisə 15 yaşlı qızın intiharı ilə bağlıdır. Belə ki, noyabrın 28-də Quba rayonu Susay kənd sakini 15 yaşlı Bənövşə Fərzəliyeva valideynləri onu sevdiyi şəxsə deyil, basqasına ərə verdiyi üçün özünü asıb.
Ötən ay digər tükürpədici intihar hadisəsi Şamaxıda baş verib. 4 yaşlı Elvin Elnur oğlu Məmmədsuri anası və nənəsi ilə birgə özünü su anbarına atıb. Nəticədə üçü də ölüb.
Noyabrda həyatlarına qəsd edən 6 qadından 2-si özünü yaşadığı binanın müxtəlif mərtəbələrindən atıb, 2-si özünü asıb. Digər 2 qadın isə su anbarına atılmaqla intihar edib.
Ötən ay hərbçilərdən də intihar edənlər olub. Əsgər, Xaçmaz rayonu Muzəffəroba kənd sakini, 18 yaşlı Zakir Bayramov Gədəbəydəki “N” saylı hərbi hissədə özünü odlu silahla vurub.
Noyabrda intihar edən kişilərin yalnız biri özünü binadan (8-ci mərtəbədən) atıb, qalanlar özünəqəsdi asmaq yolu ilə həyata keçiriblər.
Ailəvi özünəqəsdlər
Noyabrda Azərbaycanda qeydə alınan intiharların əksəriyyəti ailə-məişət münaqişələri zəminində bas verib. Ən dəhşətlisi odur ki, ölkədə intiharlar artıq ailəvi xarakter alıb. Məsələn, Səki şəhər sakini, 25 yaşlı Elşən Davudov ailədə intihar edən üçüncü övladdır.
Samaxı rayonunda baş verən hadisədə bir ailənin eyni vaxtda üç üzvü öz həyatlarına son qoyublar. Noyabrın 8-də Məlahət Məmmədsuri, qızı Tünzalə və onun 4 yaşlı oğlu özlərini Sirvangöl su anbarına atıblar. Bu olayın da ailə munaqişəsi zəminində baş verdiyi bildirilib.
Qubada intihar edən 37 yaşlı Barlı kənd sakini Allahverdi Mirzəyev sərxoş halda üzünü asıb. Bu, ailədə ikinici intihar hadisəsi olub. Belə ki, iki ay əvvəl onun anası özünü Samur-Abşeron kanalına atmaqla intihar edibmiş. Həmin hadisənin A.Mirzəyevə psixi təsir göstərdiyi güman olunur.
Ailə-məişət münaqişələrinin səbəb olduğu intiharlar
Ailə-məişət münaqişəsi zəminində baş verən digər hadisə Sumqayıtda olub. Bir azyaşlı uşaq anası, 21 yaşlı Tahirə Rüstəmova əri ilə dalaşdıqdan sonra özünü 5-ci mərtəbədən atıb.
Aliment verməkdən bezən 32 yaşlı Ağstafa rayonu Köçəsgər kənd sakini Kamran Tağıyevin özünü öldürməsi də bu sıradan baş verən intihardı. İki dəfə ailə həyatı quran K.Tağıyev hər iki həyat yoldaşından ayrılıb. O, hər iki nikahdan olan 4 övladına aliment pulu verirmiş. İntihar etməmişdən əvvəl o, anasına dəfələrlə aliment verməkdən cana gəldiyini və özünü öldürəcəyini söyləyibmiş. Kamran özünü kəndirlə asıb.
Ağsu rayonu, Kalva kənd sakini, 55 yaşlı Hakim Həşmov isə övladının toyuna pul tapmadığı üçün intihar edib.
Ailə münaqişəsinin səbəb olduğu daha bir özünəqəsd Quba rayonunda qeydə alınıb. 40 yaşlı Rasim İsgəndərov noyabrın 3-də özünü asıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, o, bundan bir həftə əvvəl bıçaqla həyat yoldaşına xəsarət yetiribmis.
Həyat yoldaşı ilə uzun muddətdən bəri yola getmədiyi bildirilən 36 yaşlı Xaçmaz şəhər sakini də ailə münaqişəsini özünü asmaqla bitirib.
Müəmmalı suisidlər
Noyabrda "bp"nin 25 yaşlı əməkdaşı Elina Aşurovanın özünü Xətai rayonundakı 16 mərtəbəli binanın 6-cı mərtəbəsindən atması, yenə həmin rayon sakini, 40 yaşlı Yaşar Yolçuyevin "Harmoniya" Sağlamlıq Mərkəzinin qonaq otağında özünü asmasının səbəbləri açıqlanmayıb.
Ötən ay intihar edənlər arasında bir çoban da olub. Biləsuvar rayonunda qeydə alınan olayın səbəbi bilinmir.
Qubanın Giləzi kənd sakini, Maksim Musayevin meşədə özünü asması noyabr ərzində bu rayonda qeydə alınan 7-ci özünəqəsd faktı olub.
Qəribə intharlardan biri isə belə baş verib. Bakı şəhər sakini, 51 yaşlı Kərbala Camalov Sumqayıta qonaq getdiyi qohumlarıgildə 8-ci mərtəbədən özünü atıb. Onun ruhi xəstə olduğu bildirilib.
Kürdəmir sakini, 18 yaşlı Cəlal Nuriyevin toydan qayıdandan sonra öz həyatına son qoyması da müəmma doğurur.
İntihara cəhdlər
Noyabrda 17 intihara cəhd faktı qeydə alınıb. Buna cəhd edənlərin 12-si kişi olub. Bu olaylar arasında da həm qəribə, həm də dəhşətli faktlar var. Onlardan bəzilərini oxucuların diqqətinə çatdırırıq.
Sumqayıtda evli kişidən məhəbbətinə "yox" cavabı alan qadın intihara cəhd edib. 1976-cı il təvəllüdlü M.N. 1 saylı şəhər xəstəxanasında müalicə olunan tanışı, 1965-ci il təvəllüdlü İ.Ə.-nin ziyarətinə gedib. Aralarında mübahisə düşüb. 33 yaslı qadının özündən cıxmasına İ.Ə.-nin onun sevgisinə rədd cavabı verməsi olub. Buna görə də qadın üzərində gəzdirdiyi mətbəx bıçağı ilə özünün qarın nahiyəsinə xəsarət yetirərək intihara cəhd edib. Həkimlər onun həyatını xilas edə biliblər. Məlum olub ki, İ.Ə. ailəlidir və iki ovladı var.
Bakıda dilənçilik etdiyinə görə saxlanılan Yevlax rayon sakini, 24 yaşlı Qabil Yusifov Bakı şəhər BaŞ Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsində şüşə parçası ilə özünə xəsarət yetirib.
Həyat yoldaşını qətlə yetirən 46 yaşlı Tahir Bağırov öz boğazını kəsib. O, əvvəlcə həyat yoldaşı Simuzər Bağırovanı bıçaqla öldürüb. Bundan sonra əlindəki bıçaqla öz boğazını kəsərək intihara cəhd edib. İlkin araşdırmalar nəticəsində hadisənin qısqanclıq zəminində baş verdiyi muəyyənləşib.
Laçın rayon Təhsil Şöbəsinin baş mühasibi, 40 yaşlı Mötəbər Səmədov Ağcabədi rayonu, Taxatakörpü qəsəbəsi ərazisində yerləsən İcra Hakimiyyətinin binası qarşısında üstünə benzin tökərək özünə od vurub. Yaxınlıqda olan insanların müdaxiləsindən sonra M.Səmədov xilas edilərək xəstəxanaya aparılıb.
Noyabr ayında rəsmi mənbələrin acıqladığı intihara cəhd faktlarının əksəriyyəti Bakıda da qeydə alınınıb.
Dövlət Komitəsinin hadisələrə münasibəti
Ailə, Qadın və Uşaq Problemləri uzrə Dovlət Komitəsinin sədri Hicran Huseynovanın Modern.az saytına bildirdiyinə ğorə, ailə münaqişələri nəticəsində qeydə alınan intihar hadisləri ilə bağlı araşdırmaları daha da təkmilləşdirməyə ehtiyac var: "Biz bu məlumatları ya mətbuatdan alır, ya da komitənin arasdırmalar mərkəzi vasitəsilə bütün rayonlarla əlaqə saxlayıraraq əldə edirik. Təəssuf ki, rayonlarda nümayəndəliyimiz yoxdur. Amma bir neçə rayonda fəaliyyət göstərən ailə-dəstək mərkəzlərimizin vasitəsilə biz bu informasiyaları toplamağa çalışırıq".
Komitə sədri deyib ki, bəzən problemi gizlətmək cəhdləri də olur: "Amma biz buna öz reaksiyaməzı verəndə, daha genis formada təsir göstərir. Keçən il Masallı rayonunda eyni vaxtda iki bacı intihar etmişdi. Başları həmişə örtülü olan bu qızların özlərinə qəsd etməsi baş verəndə, ciddi araşdrma apardıq. Məlum oldu ki, hadisənin bas verməsinin əsas səbəbi ailədaxili problemdir".
H.Hüseynovanın sözlərinə gorə, adətən 13-14-15 yaşlı uşaqların psixoloji durumu zəif olduğundan ailədə zorakılıqla, yaxud başqa neqativ hallarla uzləşəndə, onlar başqa çarə tapmırlar. Sonda intihar, özünəqəsdə cəhd baş verir: "Əlbəttə, bunun qarşısının alınmasının bir yolu var: maarifləndirmə gücləndirilməlidir. Məktəblərdə buna xususi diqqət yetirmək lazımdır. Məktəblərdə psixoloqların olmasına çox böyük ehtiyac var. Psixoloq hər uşaqla ayrıca məşğul olmalıdır".
Komitə sədrinin fikrincə, məktəblərdə psixoloqlar fəaliyyət göstərərsə, bu zaman valideynlər də problemin həllinə qoşulacaqlar: "Əgər valideynlər laqeyd qalacaqlarsa, onda xüsusi dövlət strukturlarının prosesə qoşulması zərurəti yaranacaq".
H.Hüseynova deyir ki, bu işləri görməklə də problemin tam həlli mümkün deyil: "Çünki Qərb ölkələrində bu işlərin çox güclü formada təşkil olunmasına baxmayaraq, belə hallar yenə mövcuddur. Ona görə çoxlu psixoloji tədqiqatlar aparılmalı, elmi işlər də yazılmalıdır”.
Adəm QORXMAZ