Modern.az-ın oxucular arasında keçirdiyi növbəti sorğu yekunlaşıb. “Aylıq məvacibiniz daha çox hara xərclənir” sualını cavablandıran oxucuların 40 faizi “ərzağa” deyib. Səsverməyə qatılanların 28 faizinin aylıq məvacibi arada itib-batır. 13 faiz respondent aylıq məvacibini rüşvətə, 10 faiz geyimə, 7 faiz kommunal xidmət haqlarını ödəməyə, 2 faiz həkimə xərcləyir. Bu gündən oxucularımızı yeni sorğuda iştiraka dəvət edirik. Saytımızın ortadan aşağı hissəsindəki bölmədə yerləşdirilən “2009-cu ili hansı təəssüratla başa vururusunuz” sualına cavab verməklə sizi aktiv olmağa çağırırıq.