Modern.az

BDU-nun prorektoru Cəmil Həsənlinin işdən çıxması məsələsindən danışdı

BDU-nun prorektoru Cəmil Həsənlinin işdən çıxması məsələsindən danışdı

Ölkə

7 Oktyabr 2011, 17:53

“Bakı Dövlət Universitetinin (BDU) professoru, sabiq millət vəkili,  tarixçi alim Cəmil Həsənli hələki BDU-dan çıxmayıb, dərs deyir”. Bu sözləri Modern.az xəbər portalına BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Sani Hacıyev Cəmil Həsənlinin Azərbaycandan köçüb getmək istəməsilə bağlı xəbərə münasibət bildirərkən deyib.

BDU-nun prorektoru bildirib ki, professor Cəmil Həsənli hazırda BDU-da dərs deyir və universitedən işdən çıxmaq barədə ərizə yazmayıb. Prorektor C.Həsənlinin Azərbaycandan getmək istəməsi barədə məlumatlardan xəbərsiz olduğunu vurğulayıb.
 
Qeyd edək ki, mətbuatda tarixçi alimin Qərb ölkələrinin birində yaşayıb işləyəcəyi barədə xəbər yayılıb

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı