Modern.az

“Bizdə istehlak mədəniyyəti tam formalaşmayıb...”

“Bizdə istehlak mədəniyyəti tam formalaşmayıb...”

Ölkə

7 Dekabr 2009, 13:06

Modern.az-ın oxucular arasında keçirdiyi növbəti sorğu yekunlaşıb. “Aylıq məvacibiniz daha çox hara xərclənir” sualını cavablandıran oxucuların 40 faizi “ərzağa” deyib. Səsverməyə qatılanların 28 faizinin aylıq məvacibi arada itib-batır. 13 faiz respondent aylıq məvacibini rüşvətə, 10 faiz geyimə, 7 faiz kommunal xidmət haqlarını ödəməyə, 2 faiz həkimə xərcləyir. Sorğunun nəticələri ilə bağlı Milli Məlisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin rəyini öyrəndik. Bu nəticənin tam gerşəklik olmadığını deyən deputat bildiridi ki, aylıq məvacibin daha çox ərzağa xərcləndiyi ölkələr əhali kasıb ölkələrdir: “Ona görə də bunu yaxşı hal hesab etmirəm. İnsanlar mənəvi qida üçün də vəsait sərf etməlidirlər. Bu turist gəzintisindən tutmuş kitab almağa qədər böyük bir sahəni əhatə edir”.

Sədr müavini respondetlərin 28 faizinin pulların ortada itib-batması ilə bağlı gəldikləri rəyi bizdə istehlak mədəniyyətinin tam formalaşmaması ilə əlaqələndirir: “Bəzən lazımsız şeylər alırıq. Bundan başqa, belə qənaətdə olanlar büdcələrini idarə edə bilməyənlərdir. Hesab edirəm ki, itib-batır məsələsi başqa ölkələrdə gülüş doğurar”.

Deputat respondetlərin 13 faizinin pullarını rüşvətə xərcləmələri barədə fikirlərinə də mövqe açıqlayıb: “Bizdə belə bir ənənə var. “JEK”-dən arayış alanda, təcili- tibbi yardım çağıranda və başqa vaxtlarda “hörmət” adı ilə rüşvət veririk. Respondetlərin cəmi 2 faizinin öz  pullarını həkimə xərcləmələri isə kiçik rəqəmdir. Bizdə insanlar az halda proflaktik müayinə olunurlar. Onlar sadəcə bərk xəstələnəndə həkimə gedirlər”.    

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?