Modern.az

Sumqayıtda zirzəmisinə çirkab su yığılmış 13 uşaq bağçası var

Sumqayıtda zirzəmisinə çirkab su yığılmış 13 uşaq bağçası var

Ölkə

8 Dekabr 2009, 10:20

Cari ilin noyabr ayı ərzində Sumqayıtda Mənzil İstismar Sahələri balansında və qeyri ərazilərdə mövcud olan sulu zirzəmilərin təmizlənməsi ilə əlaqədar olaraq bir sıra işlər görülüb. Şəhər ərazisində ümumilikdə  mövcud olan 650-yə qədər sulu zirzəmidə son illər ərzində cari və əsaslı təmir işləri aparılması nəticəsində hazırda 60 sulu zirzəmi qalıb. Modern.az Sumqayıt Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, həmin zirzəmilərdən 32-si MİS-in balansında olan yaşayış binaları, 2-si cədvəlli bina, 4-ü yataqxana, 8-i məktəb, 13-ü uşaq bağçası, 1-i isə mədəniyyət evinin daxilindədir. Zirzəmilərdə olan qrunt suları nasoslarla mütəmadi çəkilir, xətləri yararsız vəziyyətdə olanlar yeniləri ilə əvəz edilir. Son olaraq, 10-cu mikrorayonda yerləşən 6 və 60 saylı, 2-ci mikrorayonda yerləşən 45/48 saylı, 5-ci mikrorayonda yerləşən 31 saylı  binaların zirzəmilərində qurudulma işləri aparılıb.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı