Dekabrın 8-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIII Baş Məclisi keçirilib. Baş Məclisdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) gördüyü işlərdən və apardıqları hesabatdan danışılıb.
Bu barədə məlumatı Modern.az-a Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə verib. Q.Əsgərzadə bildirib ki, cəmiyyətin tərkibi tam dəyişdirilib: “Bu qanunvericiliyə əsasən keçirilən növbəti Baş Məclis idi. Toplantıda Qızıl Aypara Cəmiyyətinin katibliyinin son bir ildəki fəaliyyəti haqqında məruzəsi, maliyyə komissiyasının həmin dövrə aid hesabatı dinlənildi, Rəyasət Heyətinin həyata keçirdiyi qərarlar təsdiq olundu. Bundan başqa, Qızıl Aypara Cəmiyyəti İdarəetmə şurası, Rəyasət Heyəti, maliyyə, arbitraj komissiyalarının tərkibində dəyişiklik edilib Bu tərkib 5 il müddətinə seçilib”.
Q. Əsgərzadə bildirib ki, növbəti Baş Məclis 5 ildən sonra keçiriləcək.
Xatırladaq ki, hazırda QAC sıralarında 260 mindən üzv, 16 mindən yuxarı könüllü fəaliyyət göstərir.