Dekabrın 8-də Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Xızı və Salyan Mərkəzi rayon xəstəxanalarında könüllü qanvermə aksiyaları keçirilib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aksiyalar zamanı Xızıda 130 nəfər, Salyanda 131 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.