2009-cu ilin noyabr ayı ərzində Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə 2,9 milyon ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 33,4 milyon ton neft ötürülüb. Modern.az bu barədə Dövlət Neft Şirkətinin mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2009-cu ilin dekabr ayının 1-ə qədər BTC-yə 103,7 milyon ton neft vurulub. Bundan əlavə, 2009-cu ilin noyabr ayında BTC kəməri vasitəsi ilə 188,7 min ton Qazaxıstan nefti ötürülüb. Cari ilin yanvar-noyabr aylarında bu göstərici 1,8 milyon ton təşkil edib.
2009-cu ilin noyabr ayı ərzində 2,8 milyon ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Cari ilin yanvar-noyabr aylarında isə bu göstərici 33,5 milyon ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2009-cu ilin dekabr ayının 1-ə qədər Ceyhan limanından 101,9 milyon ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.