Modern.az

Peyk antennalarının artması insan orqanizminə zərərlidir?

Peyk antennalarının artması insan orqanizminə zərərlidir?

Ölkə

9 Dekabr 2009, 17:16

Bakıdakı yaşayış binalarının fasadlarında çanaq antennalarının sayı durmadan artır. Bu, xarici televiziyalara baxmaq istəyənlətin tələbatı nəticəsində baş verir. Belə deyirlər ki, peyk antennalarınən insan sağlamlığına mənfi təsiri var. Modern.az bununla bağlı mütəxəssislərin rəyini öyrənib. Tibb elmləri doktoru, professor Adil Qeybulla ümumiyyətlə antennaların insan orqanizminə mənfi təsir göstərdiyini deyir: “Dünyada və Azərbaycanda qeyri-ionlaşdırıcı şüalanma ilə bağlı xeyli problem var. Bunlardan biri mobil telefonlardır ki, onlar 1800 meqahers tezliyində çalışırlar. Bu təbii ki, kifayət qədər böyük tezlikdir. Bu tezlik hüceyrədə gedən bir sıra biokimyəvi proseslərin tezlikləri ilə üst-üstə düşdüyündən rezonans yarada bilər. Nəticədə həmin orqanların fəaliyyətində ciddi problemlərə gətirib çıxarar. Bunlar qeyri-ionlaşdırıcı şüalar olduğu üçün hüceyrələrdə mutasiya törətmirlər. Bu gün Azərbaycanda kabel şəbəkəsi geniş yayılmaqdadır və antennalar qısa məsafələrdə quraşdırılır. Kabel televiziyaları uzaq məsafədən siqnalları antennalara, ordan isə abunəçiyə şüalanma ötürürlər. Bu, narahatçılıq doğuran məsələdir. Hesab edirəm ki, kabel televiziyalarını antenna vasitəsilə həyata keçirmək düz deyil. Çünki anntena vasitəsilə yaranan elektromaqnit şüalanma yayılaraq canlıları, bitkiləri öz ağuşuna alır, zərər verir. Xaricdə kabel televiziyaların əksəriyyəti yerin altı ilə gedir. Azərbaycanda da hansısa qoruyucu kanallarla və s. ilə getsə, əhalinin şüalanmadan qorumaq mümkündür. Bu təbii ki, aktual məsələdir”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, peyk antennaların, yəni çanaqların sağlamlığa heç bir zərəri yoxdur: “Peyk antennalarının 99,9 faizi qəbuledicidir. Yəni şüanı qəbul edir. Ötürücü antenalarda isə müəyyən generasiya prosesləri baş verir və şüalandırır. Bunlar mobil operatorlar və böyük qurumların antennalarıdır. Həmin antennaların quraşdırılmasına aidiyyəti təşkilatlar- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Sanitar Emidimoloji Mərkəz və digər qurumlar icazə verir. Onlar xüsusi yerlərdə yerləşdirilir. O ki, qaldı peyk antennalarının şüalanma, zərər və s. verməsinə bu, əsassızdır. Heç bir zərəri yoxdur”.

O.Gündüz peyk antennalarının qeyri-qanuni sökülməsini doğru hesab etmir: “Çanaq antenalar düzgün yerləşdirilməli və təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Çünki onlar insanların informasiya almasını təmin edən bir vasitədir. Bir ara bəzi yerlərədən çanaq antennalarını sökürdülər. Bu, insanların informasiya almaq hüququnu məhdudlaşdırmaq deməkdir. Höhumət öz hesabına antennanı başqa yerdə qaldıra və qura bilər. Hesab edirəm ki, bununla bağlı alternativ təklif etməmək qeyri-qanunidir”.

 

Günay MUSAYEVA

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...