Modern.az

Atəşkəsin pozulması nəticəsində Ermənistan Azərbaycandan çox itki verib

Atəşkəsin pozulması nəticəsində Ermənistan Azərbaycandan çox itki verib

Ölkə

10 Dekabr 2009, 13:48

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun sözlərinə görə, son üç ayda atəşkəsin pozulması nəticəsində Ermənistan Azərbaycanla müqayisədə iki dəfə çox itki verib. Modern.az xəbər verir ki, E.Sabiroğlu bu sözləri dekabrın 10-da 2009-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Nazirlik rəsmisi bildirib ki, hesabat dövründə 211 dəfə atəşkəs pozulub. Atəşkəs əsasən Ağdam, Füzuli, Tərtər istiqamətində pozulub. ATƏT son üç ayda qoşunların təmas xəttində 7 monitorinq keçirib və onlar insidentsiz ötüşüb. EşSabiroğlunun sözlərinə görə, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həll olunmasına çalışır. Çünki bu dəfə müharibə olsa, əvvəlki kimi olmayacaq, onun alovu çox yeri əhatə edəcək.

“Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə, Ermənistan müharibə etmək istəyərsə, bunun qarşısını almağa hazırdır. Biz deyəndə ki, ordu hazırdır, mətbuat yazır ki, bəs niyə müharibə başlamır? Çünki hələlik Azərbaycan danışıqlara üstünlük verir. Ancaq bu danışıqlar da uzun müddət davam edə bilməz. Ermənistan çalışır ki, danışqıları uzatsın və bununla çirkin niyyətinə nail olsun. Azərbaycan isə bütün qüvvələrini səfərbər edib ki, danışıqlar normal getsin”.

E.Sabiroğlu bildirb ki, Azərbaycanın hərbi qüvvələri torpaqları işğaldan azad etmək üçün hazır vəziyyətdədir. “Məlumatlara görə, Ermənistan Müdafiə Nazirliyi hərbi hissələrini formalaşdırmaq üçün adam tapa bilmir. Eyni zamanda bizdə dəqiq statistik məlumatlar var ki, Ermənistanda yüzlərlə kənd boşalıb, məktəblər bağlanıb. Bütün bunlar Ermənistanın qorxusunu artırır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?