Modern.az

Sabunçudakı mağazadan 3700 ədəd partlayıcı fişəng müsadirə olundu

Sabunçudakı mağazadan 3700 ədəd partlayıcı fişəng müsadirə olundu

Ölkə

10 Dekabr 2009, 16:38

Yeni il bayramının yaxınlaşması ilə əlaqədar paytaxt dükanlarında, bazarlarda yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı oyuncaqlarrın satışı artıb. Bakı şəhər Ticarət və Xidmət Departamenti və hüquq-mühafizə orqanları həmin malların satışının qarşısını almaq üçün reydlər keçirirlər.
Modern.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Sabunçu rayonu ərazisindəki 1 ticarət obyektindən yüksək səsyayıcı qabiliyyətə malik olan 3700 ədəd partlayıcı oyuncaqlar aşkar edilərək götürülüb.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...