“Azəriqaz” İB-nin Bakı şəhəri Qaz İstismarı İdarəsi qış mövsümü ilə əlaqədar istixanaların fasiləsiz və rejimə uyğun təbii qazla təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirir. Modern.az ARDNŞ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri Qaz İstismarı İdarəsi ilə Əzizbəyov rayonunda yerləşən 313 ədəd istixana arasında “Təbii qazdan istifadə, istismar və ödəniş qaydaları haqqında” müqavilə bağlanıb. Bundan başqa, rayondakı 228 ədəd istixana daha fəaliyyət göstərmədiyi üçün onların qaz təchizatı dayandırılıb.