Sovet lideri İosif Stalinin və SSRİ-nin xarici işlər naziri Vyaçeslav Molotovun imzaladıqları məktub Nyu-Yorkda Sothebys auksionunda satışa çıxarılıb. Modern.az-ın “Ria-novosti” agentliyinə istinadən yaydığı məlumata əsasən 1940-cı il yanvarın 8-də yazı maşınında çap olunaraq imzalanmış məktub Monqolustan Xalq Respublikasının rəhbərliyinə “yoldaş Çoy-Bolsana” ünvanlanıb. Məktubda Stalin və Molotov monqol liderindən 30 min ton qoyun, 8 min ton dəvə, 1 min ton keçi yunu və tiftik istəyiblər. Onlar monqol liderinə cavabında yardım göndərəcəklərini vəd ediblər.
Məktubun auksiondakı təqdimat mərasimində qeyd olunur ki, Monqolustandan hərbi mündirlərin hazırlanması məqsədi ilə yun xahişi SSRİ-nin Almaniya ilə gözlənilən müharibəyə hazırlaşması ilə izah olunur.