Modern.az

Avtobuslarda sərnişinlərə niyə hörmətsizlik edilir?

Avtobuslarda sərnişinlərə niyə hörmətsizlik edilir?

Ölkə

11 Dekabr 2009, 14:50

İctimai nəqliyyatda əsas narazılıq doğuran məqamlardan biri də  təmizliyib gözlənilməməsidir. Sərnişindaşıma ilə məşğul olan avtobusların əksəriyyətinin xarici görkəmi, salonları və oturacaq üzlüklərinin çirkli olması təbii ki, sərnişinləri narahat etməyə bilməz. Müşahidələr göstərir ki, indi marşrutlarda işləyən avtobusların çoxu belə vəziyyətdədir. Yəni onlar hər gün səhər xəttə elə çirkli vəziyyətdə, salonları təmizlənmədən çıxarılırlar. Oturacaqları basmış çirkin qoxusu, salonun döşəməsinin günlərlə yuyulmaması, tutacaqların kirlənməsi, sərnişinlərdə ürəkbulanması yaradır. Sadalanan hallar paytaxtın ictimai nəqliyyatında xidmətin keyfiyyətsizliyindən xəbər verir. Bu, sərnişinlərə açıq-aşkar hörmətsizlikdir. Axı heç kim nəqliyyata pulsuz minmir, əgər pul veririksə, onda keyfiyyətli xidmət tələb etməyə haqqımız var.

Nəqliyyat Nazirliyi “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin mətbuat katibi Samir Həsənov Modern.az-a bildirib ki, mövcud tələblərə görə, xəttə çıxan avtobuslar təmiz olmalıdır: “Avtibusların məxsus olduğu sahibkarlara bizim tərəfimizdən tapşırıq verilib. Həmin tapşırığa əsasən səhər tezdən sərnişin daşımaq üçün xəttə çıxan avtobuslar yuyulmuş vəziyyətdə, salon isə təmizlənmiş halda olmalıdır. Bəlkə də indi tez-tez yağışlar yağdığı üçün avtobusların xarici görünüşü və daxili tez çirklənir. Ancaq səhər saatlarında belə bir fakt aşkar edilərsə, həmin avtobus xəttdən kənarlaşdırılmalıdır. Buna bizim əməkdaşlarımız nəzarət edir”.   Məlum oldu ki, ictimai nəqliyyatdan istifadə edənlər natəmizlikdən şikayətlənsələr də, bu barədə konkret ünvana müraciət etməyə həvəs göstərmirlər. Əgər konkret ünvana şikayət yoxdursa, elə çirkli avtobuslarla da gedib-gəlməyə məcbur olacaqsınız. Şikayət etmək istəyənə ünvanı göstəririk: “Bakı Sərnişin Nəqliyyatı» MMC-də 5617628 nömrəli «qaynar xətt» fəaliyyət göstərir. 

Günay MUSAYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı