Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mütəxəsissləri cari ilin noyabr ayı ərzində ərzaq məhsullarının keyfiyyətinə nəzarət məqsədilə 22 müəssisədə monitorinq aparılıb. Modern.az Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, monitorinq nəticəsində “Koral F” MMC-də kolbasa və sosiska məmulatlarının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub, müəssisə rəhbərliyi cərimələnib. Bundan başqa “Azərmaya” ASC-də istismar olunan ölçmə və sınaq vasitələri qanuna zidd olaraq müqayisəli dövlət yoxlamasından keçmədiyi halda istifadə olunduğu aşkarlanıb, müəssisəyə iradnamə verilib. Tort, şərq şirniyyatı, qablaşdırılmış yarımfabrikatlar istehsalı ilə məşğul olan “ADA Ticarət” ASC-də sertifikatsız məhsulların istehsal olunduğu müəyyənləşib. Məlum olub ki, məssisədə istismar olunan ölçmə vasitələri dövlət yoxlamasından keçirilməyib. Nöqsanlarla bağlı müəssisəyə inzibati protokol tərtib edilib. “Мелник” nişanlı qızardılmış çörək tikələri (suxarı) istehsal edən “Bərəkət LTD” MMC-də aparılan monitorinq zamanı müəyyən olunub ki, istehsalda istifadə olunan ölçmə vasitələri dövlət yoxlamasından keçirilməyib. Məhsulun markalanmasında istifadə müddəti 60 gün göstərilməli olduğu halda məhsulun üzərində 6 ay göstərilib. Müəssisəyə inzibati protokol tərtib edilib.