Türkiyənin Bursa şəhərində keçirilən “Yaxın tariximizdə türk və müsəlman soydaşlarımızın məruz qaldığı insan haqları məsələləri” adlı simpozium çərçivəsində Azərbaycanlı millət vəkili Qənirə Paşayeva kitab sərgisi təşkil edib. Sərgidə millət vəkili Mehriban xanım Əlliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu, eləcə də ayrı-ayrı qurumlar tərəfindən müxtəlif dillərdə Qarabağ problemi, ermənilər tərəfindən azərbaycanlılara qarşı tötədilən soyqırımlardan bəhs edən 50-dən artıq kitab nümayiş etdirilb.
Qeyd edək ki, sərgi simpozium iştirakçları tərəfindən izlənilib. T ürkiyə dövlət naziri Faruk Çelik də erməni vəhşiliklərindən bəhs edən kitablarla tanış olub. Qənirə Paşayeva nazriə Heydər Əliyev Fondu tərəfindən çap etdirilmiş kitab bağışlayıb.
Sərgi başa çatdıqdan sonra kitablar simpozium iştirakçılarına paylanılıb.
|
|
|
|
|
|
|
|