Modern.az

Uşaqlar Bakıya gəlir

Uşaqlar Bakıya gəlir

Ölkə

14 Dekabr 2009, 13:31

BU HƏFTƏ AZƏRBAYCAN UŞAQLARININ I FORUMU KEÇİRİLƏCƏK Dekabrın 17-18-də “NUR” Uşaq və Gənclərin İctimai Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil və Gənclər və İdman nazirlikləri, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə Azərbaycanda Uşaqların I Forumu keçiriləcək. Bu barədə Modern.az-a “NUR” Uşaq və Gənclərin İctimai Birliyindən məlumat verilib. Forum Bakıdakı “Land-mark” otelində təşkil olunacaq. Tədbirə Heydər Əliyev Fondu da dəstək verəcək.

NUR” Uşaq və Gənclərin İctimai Birliyindən bildirilib ki, Azərbaycanın 56 rayonundan aşağı yaşı 8, yuxarı yaş həddi 18 olmaqla 250 uşaq forumda iştirak etmək üçün Bakıya gətiriləcək. Tədbirdə imkansız, qaçqın və məcburi köçkün, fiziki cəhətdən qüsurlu uşaqların da iştirakı nəzərdə tutulur. Forumun sonunda Uşaqlarının I Forumunun Bəyannaməsinin qəbulu ğözlənilir. Forumun keçirilməsində məqsəd uşaqların öz dillərindən öz sözlərini, problemlərini eşitmək, müzakirə etməkdir. Forum çərçivəsində millət vəkilləri, QHT nümayəndələri uşaqlarla məşğələlər keçəcəklər.

Tədbirin bağlanışı dekabrın 18-də Gənc Tamaşaçılar Teatrında olacaq.

Xatırladaq ki, tədbir hələ noyabrda keçirilməliydi. Lakin o zaman "donuz qripi" xəstəliyi ilə bağlı təhlükənin artması forumun təxirə salınmasına səbəb olmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?