Türk dünyasında ortaq telekanal kimi tanınan TRT “Avaz” Türkiyədə açıq yayınlanmırmış. Bu barədə Modern.az saytına telekanalın əməkdaşı məlumat verib. O, qeyd edib ki, məsələnin həlli ilə bağlı Türkiyədə dəfələrlə müvafiq instansiyalara müraciət etsələr də, bir nəticə əldə edə bilməyiblər. Bu səbəbdən tamaşaçılar telekanalın verilişlərini ancaq peyk antennaları vasitəsilə izləyə bilirlər.
Telekanalın əməkdaşı məsələnin həlli üçün Azərbaycan tərəfinin müdaxiləsinə ehtiyac olduğunu da bildirib: “Hesab edirik ki, Azərbaycanda jurnalistlər bu məsələni gündəmə gətirsələr, müsbət nəticələr əldə etmək olar. Biz də bu telekanalın veriılişlərinin Azərbaycandakı kimi açıq yayımlanmasını istərdik”.