Modern.az

Məktəblərdə Yeni il şənliyinin keçirilməsi qadağan olundu

Məktəblərdə Yeni il şənliyinin keçirilməsi qadağan olundu

Ölkə

16 Dekabr 2009, 11:47

2009-cu təqvim ilinin astanasındayıq. Yeni ilin əsas atributu-Şaxta babanın gəlişini ən çox gözləyənlər təbii ki, uşaqlardır.

Şaxta baba və Qar qızla əylənmək, “Yolka” ətrafında dövrə vurub oynamaq uşaqların Yeni il əyləncələri sırasına daxildir. Amma bu il Bakıdakı orta məktəblərdə belə əyləncələrin təşkilinə icazə verilməyəcək.

 

 

Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı Modern.az-a bildirib ki, orta məktəblərdə Yeni il şənliklərinin keçirilməsi qadağan edilib. Bu barədə bütün məktəblərin direktorlarına xəbərdarlıq edilib ki, Yeni il tədbirlərinə icazə verməsinlər: “Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın müvafiq əmri ilə paytaxt məktəblərində Yeni il şənliyinin keçirilməsinə qadağa qoyulub. Ötən il orta məktəblərin birində təşkil olunan bayram mərasimində uşaqların şirniyyatdan kütləvi zəhərlənməsi hadisə abş verdi. Belə hal təkrarlanmasın deyə, sözügedən əmr verilib”. Z.Əliqızının sözlərinə görə, təhsil müəssisələrində şənliyin bədii hissəsi keçirilə bilər, uşaqlar mahnı oxuya, rəqs edə, şeir söyləyə bilərlər, amma yemək-içmək olmaz. İdarə rəsmisi deyib ki, məktəbdən kənarda uşaqlar təhlükəsizlik və təminat məsələlərinə əməl etmək şərtilə Yeni ili qeyd edə bilərlər. Amma bu zaman məsuliyyəti təbii ki, valideynlər daşıyırlar.

 

Xəbərdarlıqlara baxmayaraq, Bakıdakı bəzi orta məktəblərin xüsusilə ibtidai siniflərində Yeni il şənliklərinə ciddi hazırlıqlar görülür. Amma hazırlığı görülən mərasimlərin məktəblərdə keçirilməyəcəyi artıq məlumdur. Ona görə də şənliklərin təşkilinə görə məsuliyyət Z.Əliqızının dediyi kimi, valideynlər və sinif müəllimlərinin üzərindədir. Günay MUSAYEVA

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?