Modern.az

"Gənc liderlər" qalibləri mükafatlandırdı

"Gənc liderlər" qalibləri mükafatlandırdı

Ölkə

16 Dekabr 2009, 17:33

"Gənc liderlər" Uşaq və Gənclər Təşkilatı “Uşaq ili”nin yekunlarına dair mətbuat konfransı keçirib. Təşkilatın sədri Fərid Şahbazlı "Uşaq ili"nin uşaqların həyatında xüsusi əhəmiyyət daşıdığını qeyd edib və bildirib ki, 2009-cu ildə uşaqların  problemlərinin bir hissəsi öz həllini tapıb.

Daha sonra o, təşkilatın "Uşaq ili" çərçivəsində həyata keçirdiyi tədbirlərdən söz açıb. Bildirib ki, bu il ərzində jurnalistlər arasında yazı müsabiqəsi, regionlarda bir sıra tədbir və konfranslar keçirilib və məktəblərdə 11 uşaq parlamenti yaradılıb. Daha sonra "Gənc liderlər" Uşaq və Gənclər Təşkilatının "İlin adamı", "İlin millət vəkilləri", "İlin media nümayəndələri" və "İlin dövlət qurumları" nominasiyaları üzrə müsabiqəsin qalibləri elan edilib. "İlin adamı" adına Azərbaycan Respublikası Prezidenti İlham Əliyev layiq görülüb. "İlin millət vəkilləri" isə Oqtay Əsədov, Rauf Əliyev, Elmira Axundova, Nazim Məmmədov, Mehriban Əliyeva, Əhməd Vəliyev, Aydın Mirzəzadə, Fuad Muradov seçiliblər. "Space" telekanalı "İlin televiziyası", "Səs" İnformasiya Agentliyi (SİA) "İlin agentliyi" mükafatına layiq görülüb. "Gənc liderlər" həmçinin "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlını «İlin gənci», Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov «İctimaiyyətə ən açıq xidmət rəhbəri», «Bilik» Tədris və İncəsənət Mərkəzinin direktoru Səyyar Əliyev isə «İlin xeyriyyəçisi» nominasiyası üzrə mükafatlandırıblar.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?