Modern.az

Uşaqların forumu başladı (fotosessiya)

Uşaqların forumu başladı (fotosessiya)

Ölkə

16 Dekabr 2009, 17:44

Dekabrın 16-da Heydər Əliyev Fondu, Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi və “NUR" Uşaq və Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının I Forumuna start verilib. Forumda iştirak üçün Azərbaycanın 56 rayon və şəhərlərdən 250 uşaq Bakıya gəlib. Uşaqlar Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər. “NUR" Uşaq və Gənclər İctimai Birliyinin sədri Sevinc Muradova Modern.az-a bildirib ki, foruma qatılan uşaqların hər biri Səhiyyə Nazirliyinin tibbi müayinəsindən keçirilib: “Uşaqlar Səhiyyə Nazirliyinin həkim briqadası tərəfindən yoxlanılıb. Onların səhhətində heç bir problem yoxdur”.

Dekabrın 17 və 18-də forum davam edəcək. Sonda Azərbaycan Uşaqlarının I Forumu Bəyannamə qəbul edəcək. 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?