Modern.az

Bu il dünyada 68 jurnalist öldürülüb

Bu il dünyada 68 jurnalist öldürülüb

Ölkə

17 Dekabr 2009, 14:42

2009-cu ildə öldürülən jurnalistlərin sayı rekord həddə  çatıb. Modern.az-ın məlumatına görə, Jurnalistlərin Müdafiə Komitəsi noyabrda Filippində 30 jurnalistin həlak olması ilə 2009-cu ildə öldürülən KIV əməkdaşlarının sayının 68 nəfərə çatdığını bəyan edib. Bu, ötən illərlə müqayisədə rekord hesab olunur.

Jurnalistlərin Müdafiə Komitəsi Meksikada mütəşəkkil cinayətkarlıqdan və narkotik maddələrin qanunsuz dövriyyəsindən yazan jurnalistlərin öldürülməsinin ən acınacaqlı hal olduğunu bildirib.  Bu il Somalidə 9, Pakistanda 4, Rusiyada 3, Meksika və Şri-Lankada isə hər birində 2 jurnalist qətlə yetirilmişdir. Əfqanıstan, Kolumbiya, Salvador, İndoneziya, Madaqaskar, Nepal, Venesuela və Fələstində də jurnalistlər qətlə yetirilib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?