Modern.az

Qarabağla bağlı filmlərin cəkilməsinə böyük ehtiyac var

Qarabağla bağlı filmlərin cəkilməsinə böyük ehtiyac var

Ölkə

17 Dekabr 2009, 17:46

“Qarabağla bağlı yeni filmlərin çəkilməsinə böyük ehtiyac var. Mən daim bu yöndə təkliflərimi, bəzən də tənqidlərimi  dilə gətirmişəm. Biz bu işdə xeyli gecikmişik. Hesab edirəm ki, istər Xocalı soyqırımına, istər Qarabağ hadisələrinə, istərsə də tarixi keçmişimizdə baş vermiş faciələrə həsr olunmuş sanballı bədii filmlər çəkilməlidir. Məncə burada əsas maneə maliyyə problemi deyil”-deyə millət vəkili Qənirə Paşayeva Modern.az saytına bildirib. Q.Paşayevanın sözlərinə görə, bu gün Azərbaycan dövlətinin maliyyə imkanları kifayət qədərdir: “Həqiqətlərimizi, xüsusilə də Xocalı vəhşiliklərini dünya ictimaiyyətinə təsirli və bədii formada çatdırmaq baxımından hansısa bir bədii filmin çəkilməsi üçün bizdə maliyyə problemi yoxdur. Dövlətimiz də bu işə istənilən məqamda dəstək verməyə hazırdır. Belə filmləri çəkmək üçün dünyada tanınmış aktyorları, prodüsserləri, ssenaristləri, rejissorları, texniki işləri həyata keçirən profesionalları dəvət etmək olar. Belədə biz dünya masştabına daha layiqli filmlər çıxara bilərik”.

Deputat deyir ki, yəhudilərin ikinci dünya müharibəsi zamanı üzləşdikləri soyqırım aktına həsr olunmuş çoxlu kitablar, ədəbiyyatlar, əsərlər var: “Bunların bir çoxunu oxumuşam. Mənə ən çox təsir edən “Şindlerin siyahısı” və “Pianoçu” filmləridir. Bu filmlər o qədər təsirli, professional çəkilib ki, adam filmdəki hadisələrə heç cür sakit, soyuqqanlı yanaşa bilmir. Orada yaşananları sanki bir anlıq özündə hiss edir. Bu baxımdan, elə bilirəm ki, təkcə dünya miqyasına çıxarmaq üçün yox, elə daxili ideoloji təbliğatımızda yararlanmaq üçün məhz belə bədii, sənədli filmlər çəkilməlidir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?