Modern.az

Restoran və şadlıq evlərində sifarişlərin qəbulu dayandırıldı

Restoran və şadlıq evlərində sifarişlərin qəbulu dayandırıldı

Ölkə

18 Dekabr 2009, 11:14

Bu gün Hicri Qəməri təqvimi ilə İslamın birinci ayı-Məhərrəm  başlayıb. Bu ayın Aşura günü isə dekabrın 27-nə təsadüf edir.

Bu ayın Aşura günündə İmam Hüseyn Əleyhissalam və yaxınları Yəzid ibn Muaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.  

 

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Məhərrəm ayının başlanması ilə bağlı bir neçə gün ğncə fətva verib. Qazilər Şurasının fətvasında bildirilib ki, Aşura günü məscidlərdə qanvermə aksiyaları təşkil olunacaq. Həmin gün Kərbəla şəhidləri ilə bərabər Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi yad ediləcək. Qazilər Şurası bəyan edib ki, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, Kərbəla şəhidlərinin şəninə xütbələr oxunulmalı, sinə açmaq, zəncir vurmaq, qan çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yol verilməməlidir. QMİ Aşura günü rəhmdillik və insanlara kömək əlaməti olaraq, dindarları qan verməyə çağırıb.

Təzəpir məscidinin axundu Hacı Faizin sözlərinə görə, Məhərrəm ayında baş verən Kərbəla faciəsi İslam dininin tarixinə düşən ən acı və kədərli, eyni zamanda şərəfli bir hadisədir. Onun fikrincə, bu ayda İmam Hüseynin həyat və mübarizəsinin yad edilməsi təkcə matəm xarakteri daşımır, həm də müsəlmanları bəd əməllərdən çəkindirir, onları haqq-ədalətə, şəhidlərə ehtirama səsləyir.

Hacı Faizin sözlərinə görə, Məhərrəm ayı müddətində toy, şənlik, nişan mərasimlərinə, əyləncələrə fasilə verilməsi təkcə həzrəti imam Hüseynin ruhuna deyil, bütün şəhidlərin xatirəsinə hörmət və ehtiramı ifadə edir. Hacı Faizin fikrincə, təziyə günlərində, Aşura mərasimində bədəndən qan çıxarmaqla özlərinə xəsarət yetirənlərin əməli düzgün addım deyil, bunu təlqin edənlər isə xurafatla məşğul olanlardır: «Bəzən xurafatla məşğul olanlar bildirilər ki, Aşura günündə mütləq zəncirvurma, sinədöymə, başyarma, bədəndən qançıxarmaq əmələllri həyata keçirilməldir. Amma heç bir yerdə heç nə yazılmayıb ki, həmin hərəkətlər hökmən edilməlidir».

Hacı Faiz deyib ki, Məhərrəm haram ay kimi qəbul olunduğundan onun davam etdiyi müddətdə toy-düyün və digər xeyir iş görülməsi məsləhət deyil. Axundun sözlərinə görə, sınanılıb ki, həmin ərəfədə şadlıq edənlər xeyir görməyiblər.

Modern.az-ın məlumatına görə, Bakıdakı restoran və şadlıq evləri də Məhərrəm ayı müddətində sifarişlərin qəbulunu müvəqqəti dayandırıblar. Məhərrəm ayı müddətində spirtli içkilərin də satışının zəifləyəcəyini ehtimal edilir.

 

Adəm Qorxmaz

 

 

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?