Modern.az

Yeniyetmə məhkumlar arasında müsabiqə keçirilib

Yeniyetmə məhkumlar arasında müsabiqə keçirilib

Ölkə

19 Dekabr 2009, 17:49

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin yeniyetmə məhkumların saxlanıldığı Tərbiyə Müəssisəsində Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş tədbir keçirilib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, tədbir Penitensiar Xidmətin Tərbiyə Müəssisəsi nəzdində fəaliyyət göstərən Himayəçilik Şurasının və Acıq Cəmiyyət İnstitutu - Yardım Fondunun təşəbbüsü ilə baş tutub.  
Tədbirdə azyaşlı məhkumların arasında Azərbaycan ədəbiyyatı, tarixi və coğrafiyasına həsr olunmuş müsabiqə keçirilib. Müsabiqədə fərqlənən yeniyetmə məhkumlara qiymətli hədiyyələr təqdim edilub.

Bu aksiya yeniyetmə məhkumların cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsinə, problemlərinin həllinə, onların yenidən sağlam qüvvə kimi cəmiyyətə adaptasiyasına şərait yaratmaq məqsədi güdüb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?