Vaxtilə azərbaycanlıların da saxlanıldığı bu məşhur həbsxana barədə Rusiyanın özündə də xəsisliklə danışırlar
Dünyanın bir sıra məşhur həbsxanaları var ki, onlar barədə geniş məlumat almaq mümkün deyil. Belə cəzaçəkmə yerlərindən biri də təkcə Rusiya və MDB məkanında deyil, bütün Avropada tanınmış Lefortovo həbsxanasıdır. Cəzaçəkmə müəssisəsi Moskva şəhərinin düz mərkəzində yerləşir.
Lefortovonun yanından təsadüfən keçən şəxs onun həbsxana olduğunu müəyyənləşdirə bilməz. Doqquzmərtəbəli cəzaçəkmə müəssisəsi elə quruluşa malikdir ki, onun ətrafında dövrə vurmaqla, dəmir qapılarına, xarici divarlarına toxunmaqla heç nə başa düşmək mümkün deyil. Lefortovoda əsasən istintaq altında saxlanılan təqsirləndirilənlər, cəzaçəkmə müəssisələrinə gönədəriləcəyi günü gözləyən məhkumlar, siyasəi əqadiəsinə görə tutulanlar cəza çəkirlər. Məhbuslar, müstəntiqlər və həbsxana işçilərindən başqa içəri heç kim buraxılmır. Bura müdafiə etdiyi məhbusu görməyə və ya sorğu-sualda iştirak etməyə gedən vəkilləri də əlavə etmək olar. Amma onlar yalnız həbsxana ilə İstintaq İdarəsini birləşdirən korpusa buraxılırlar.
Lefortovoya 2 saylı keçid məntəqəsi Moskvanın Energetika küçəsindəki doqquzmərtəbəli binanın həyətində yerləşir. Şahidlərin sözlərinə görə, girişdə şüşə stəkanda videokamera quraşdırılıb ki, bunun vasitəsi ilə içəri daxil olanlar növbətçi otaqdakı monitorda görünür.
Rusiya mətbuatının yazdığına görə həbsxananın bəzi mərtəbələrində hansı kameraların yerləşdyi məlum deyil. Müəssisənin daxili pilləkənləri çox darısqaldır, iki nəfərin yan-yana qalxması çox çətindir. Müstəntiqlərin kabinetlərinin pəncərələri ağ kağızla örtülüb ki həbsxana görünməsin.
Qeyd edək ki, Lefortovo həbsxanası 1881-ci ildə təsis olunub. O zaman türmənin tikilməsində məqsəd burada cinayət törətmiş aşağı vəzifəli məmurları və küçə xuliqanlarını saxlamaq olub. Lakin sonradan onun təyinatı dəyişdirilib. Rusiya mətbuatının məlumatına görə, həbsxana binasının arxitektoru P.Kozlov adlı memar olub. Lefortovo həbsxanası 2006-cı ilin aprelinədək Rusiynın xüsusi xidmət orqanının tabeliyindəydi. Həmin vaxtdan etibarən cəzaçəkmə müəssisəsi Rusiya Federal Təhlükəsizlik Xidmətindən alınaraq Ədliyyə Nazirliyinin tabeliyinə verilib.
Ümumiyyətlə, Lefortovo həbsxanasının tarixi kifayət qədər müammalarla zəngindir. Rus yazıçısı Eduard Limonov da daxil olmaqla, bu yaxınlardək Lefortovo kameralarında yatmış bir çox məhbuslar hesab edirlər ki, həbsxana çar II Yekaterinanın sifarişi ilə inşa edilib. Lefortovo ilə bağlı açıq poçta daxil olan sənədlər demək olar ki, yoxdur. Həbsxanaya jurnalistləri yalnız bir dəfə-1993-cü ilin oktyabr ayında Lefortovoda mətbuat konfransı keçirilərkən buraxıblar.
Lefortovo Rusiyanın digər təcridxanalarından çox ciddi rejimi ilə fərqlənir. Hətta vəkillər də qeyd edirlər ki, bu həbsxana Rusiyada yeganə cəzaçəkmə obyektidir ki, içəri narkotika və məktub keçirilməsi mümkün deyil. Rusiyanın özündə Lefortovo barədə çox xəsisliklə danışırlar. Bu haqda yalnız keçmiş məhkumlar və onların valideynlərindən nə isə eşitmək olar. Moskvadakı ən məşhur muzeylər dəfələrlə Lefortovoya aid hansısa eksponat və ya material əldə etmək üçün aidiyyatı qurumlara müraciət etsə də rədd cavabı alıb. Deyilənələrə görə, Lefortovoda kameralar əsasən iki nəfərlik olub, sahəsi 10 kvadrat metrdir. Üç nəfərlik kameralar isə çox azdır. Həbsxanada təkadamlıq kameralar da var.
Vaxtilə Lefortovoda bir çox tanınmış adamlar cəza çəkib. Buna misal olaraq məşhur dissident Aleksandr Soljenitsın, SSRİ-nin keçmiş rəhbəri Lavrenti Beriya, məşhur çeçen səhra komandiri Salman Raduyev, QKÇP-nin bəzi üzvlərini göstərmək olar. Deyilənlərə görə, bu siyasi həbsxanaya düşənlərin əksəriyyəti oradan ya əqdələri dəyişdirilmiş casus çıxıb, ya da ölümə məhkum edilmiş xəstə. Məlumatlara görə, ötən əsrin 40-cı illərində Lefortovoda məhbusların pisixikasını təsir göstərmək üçün içərisi başdan-ayağa qara rənglə örtülmüş kameralar olub. Bu kameralarda saxlanılan təqsirləndirilənlərin çoxu oradan psixikası pozulmuş şəxslər kimi çıxıblar. Burada dustaqlara elə ağlasığmaz işgəncələr verilib ki, onlar Lefortovodan çıxandan sonra da həmişə bu barədə danışmaqdan qorxublar.
Bu məşhur həbsxananın «sakinləri» arasında azərbaycanlılar da olub. Sovet Ordusunun 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qanlı hadisələrdən sonra yazıçı Xəlil Rza Ulutürk, o vaxt meydan hərəkatına rəhbərlik etmiş bəzi şəxslər, o cümlədən Milli İstiqlal Partiyasının keçmiş sədri Etibar Məmmədov SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi tərəsindən həbs olunaraq Lefortovoya aprılıb, bir ilədək orada saxlanılıblar. 8 ay 13 gün həbsxanada saxlanılan Xəlil Rza Ulutürk orada «Lefortovo gündəliyi» şerlər toplusu da yazıb.
Hazırladı Adəm Qorxmaz