Modern.az

Xərçəngə qarşı peyvəndin tətbiqinə BAŞLANILDI

Xərçəngə qarşı peyvəndin tətbiqinə BAŞLANILDI

Dünya

Bu gün, 10:05

Rusiyada 5 xəstə xərçəng xəstəliyinə qarşı peyvənd olunub. 

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Tibbi-Bioloji Agentliyin rəhbəri Veronika Skvortsova açıqlama verib. 

Həmin şəxslərin yalnız bağırsaq xərçənginə qarşı peyvənd olunduğu bildirilir. 

Onun sözlərinə görə, ilk peyvənd olunan şəxs artıq altı doza qəbul edib. Skvortsova preparatın yaxşı mənimsənildiyini və təhlükəsiz olduğunu qeyd edib. Bununla belə, müalicənin effektivliyi barədə yalnız bir neçə aydan sonra dəqiq danışmaq mümkün olacağı vurğulanıb.

Skvortsova hazırda daha 35 xəstənin peyvəndləmə növbəsində gözlədiyini qeyd edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?