Modern.az

ABŞ və İsrail yenidən İrana qarşı hərbi əməliyyatlara hazırlaşır - KİV

ABŞ və İsrail yenidən İrana qarşı hərbi əməliyyatlara hazırlaşır - KİV

Dünya

Bu gün, 09:44

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları yenidən başlatmağa hazırlaşdığı bildirilir.

Modern.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, İran gələn həftənin əvvəlində yeni hücumlarla üzləşə bilər. Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Trampın müşavirləri zərbələrin bərpası ilə bağlı planlar hazırlayıblar, lakin Ağ Ev hələ yekun qərar qəbul etməyib.

Qəzetin yazdığına görə, nəzərdən keçirilən variantlar arasında İranın bombardmanının gücləndirilməsi, eləcə də zənginləşdirilmiş uranın nüvə obyektlərindən çıxarılması məqsədilə xüsusi təyinatlı qüvvələrin iştirakı ilə yerüstü əməliyyatın keçirilməsi də var.

“NBC News” daha əvvəl mənbələrə istinadla xəbər vermişdi ki, Pentaqon mümkün hərbi əməliyyata “Balyoz” adı verməyi və onu 28 fevralda başladılan “Epik Qəzəb” əməliyyatı ilə əvəz etməyi nəzərdən keçirir.(AzerTac)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?