Modern.az

"Kəpəz" məğlub oldu

"Kəpəz" məğlub oldu

İdman

15 May 2026, 22:51

Azərbaycan Premyer Liqasının XXXII turunda “Araz-Naxçıvan” və “Kəpəz” komandaları üz-üzə gəlib.

Modern.az xəbər verir ki, qarşılaşma “qırmızı-ağlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Rəşad Əhmədovun idarə etdiyi oyunda qolları Patrik Andrade (36) və Roman Maçado (76) vurublar.

Bu nəticədən sonra Andrey Demçenkonun komandası 43 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Azər Bağırovun kollektivi isə 27 xalla 10-cu sıradadır.

Qeyd edək ki, günün ilk matçında “Qəbələ” səfərdə “Karvan-Yevlax”ı 2:1 hesabı ilə məğlub edib. Tura mayın 17-də yekun vurulacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada