Modern.az

İŞİD liderlərindən biri zərərsizləşdirildi

İŞİD liderlərindən biri zərərsizləşdirildi

Dünya

16 May 2026, 09:37

ABŞ Prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Nigeriya hərbçiləri ilə birgə əməliyyat zamanı İŞİD terror qruplaşmasının yüksəkrütbəli liderlərindən biri Əbu Bilal əl-Mainuqini zərərsizləşdirdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Dünyada İŞİD-in ikinci ən yüksəkrütbəli lideri hesab olunan Əbu Bilal əl-Mainuqi Afrikaya qaçaraq gizlənə biləcəyini düşünürdü. Lakin o, fəaliyyəti barədə bizi məlumatlandıran mənbələrimizin olduğunu bilmirdi. O, artıq Afrikada insanlara terror etməyəcək və amerikalılara qarşı əməliyyatların planlaşdırılmasında iştirak etməyəcək”, - deyə Tramp bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!