Modern.az

Azərbaycanda dollarlaşma azalır

Azərbaycanda dollarlaşma azalır

İqtisadiyyat

Bu gün, 00:02

2026-cı ilin I rübünün sonuna maliyyə sektoru çıxılmaqla depozit portfeli ilin əvvəlinə nəzərən 2% azalaraq 37 milyard manat təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Qeyd olunub ki, o cümlədən müddətli depozitlər 2% artaraq 16.3 milyard manat, cari depozitlərin həcmi isə 5% azalaraq 20.7 milyard manat təşkil edib. I rübün sonuna hüquqi şəxslərin cəmi depozitləri 20.1 milyard manat təşkil edib. Bu dövrdə hüquqi şəxslərin depozitlərində cari hesabların payı 72.3%, müddətli depozitlərin payı isə 27.7% olub.

I rübün sonuna manatla depozitlər 23.8 milyard manat, xarici valyutada depozitlər isə 13.3 milyard manat ekvivalentində təşkil edib. Hesabat dövrü ərzində fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 0.4 faiz bəndi azalaraq dövrün sonuna 30.4% təşkil edib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi hesabat dövründə dəyişməyib və mart ayında 28% təşkil edib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?