Modern.az

Ekologiyanı korlayanlar cərimələnib

Ekologiyanı korlayanlar cərimələnib

Ölkə

11 Sentyabr 2009, 10:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları xidməti ərazidə (Yevlax, Bərdə, Ağdaş, Tərtər rayonlarında) avqust ayı ərzində ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdikləri yoxlamalar zamanı ekoloji qanunvericiliyin pozulması hallarını aşkara çıxarmblar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə müvafiq reyd və yoxlamalar keçirilərək 46 akt və protokol tərtib edilib.
Belə ki, atmosfer havasının mühafizəsilə bağlı 36, yerin təkinin mühafizəsi sahəsində 6, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə və floranın mühafizsinə görə 2 akt tərtib olunub. Həmçinin aşkar edilmiş ciddi nöqsanlara görə 2 şəxs barəsində cərimə tərtib edilərək onlardan 1-nin icrası təmin edilib.
Şöbə əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.03.1992-ci il tarixli 122 saylı qərarının icrasını yerinə yetirərək, xidməti ərazidə yerləşən 22 obyektə 1633 manat məbləğində ödəniş tapşırıqları verib, bunlardan 1145 manatın ödənilməsi təmin edilib.
Ümumilikdə, cari ilin avqust ayı ərzində şöbə tərəfindən qaldırılan iddia, cərimə və ödəmələrlə birlikdə Təbiəti Mühafizə Ehtiyat Fonduna 1345 manat məbləğində vəsait ödənilib.
O cümlədən 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi Daxili İşlər Nazirliyi ilə birgə ekoloji vəziyyətin yaxşılaşdırılması, nəqliyyat vasitələrinin zərərli tullantılarının qarşısının alınması sahəsində işin səmərəliliyinin artırılması ilə əlaqədar avqust ayının 1-dən 31-dək “Təmiz hava” aylığı keçirib. Keçirilən yoxlama zamanı 1408 şəxsi minik maşınından 321-də dəm qazının miqdarının təyin olunan normadan yuxarı olduğu aşkar edilib və sürücülər barəsində şəhər və rayon Dövlət Yol Polisi əməkdaşları tərəfindən protokol tərtib edilib.
Yevlax rayonu ərazisində aparılan birgə reyd və yoxlama zamanı vətəndaşlara məxsus 631 ədəd müxtəlif markalı fərdi avtomobillərdən 105 ədədində dəm qazının miqdarı təyin olunan normadan yuxarı olduğu aşkarlanıb və sürücülər barəsində inzibati qaydada akt və protokol tərtib edilib. Yevlax rayonunun Mərkəzi xəstəxanasının avtomobil qarajında keçirilən reyd zamanı isə 6 avtomobildən 4-də dəm qazının normadan artıq olduğu müəyyənləşdirilib, qanunamüvafiq qaydada akt və protokol tərtib edilib.
Aparılan birgə reyd və yoxlama zamanı Ağdaş rayonu ərazisində 304 ədəd avtomobildən 59-da, Bərdə rayonu ərazisində 277 ədəd avtomobildən 126-da və Tərtər rayonu ərazisində 196 ədəd avtomobildən 31-də dəm qazının miqdarı təyin olunan normadan yuxarı olduğu aşkar edilərək həmin sürücülər barəsində akt və protokol tərtib olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?