Modern.az

“Karantin rejimi daha geniş miqyasda sərtləşdirilə bilər” - Operativ Qərargah

“Karantin rejimi daha geniş miqyasda sərtləşdirilə bilər” - Operativ Qərargah

Ölkə

5 May 2020, 17:48

“Əgər tendensiya mənfi yöndə inkişaf edərsə və vəziyyət pisləşərsə, karantin rejimi daha geniş miqyasda sərtləşdirilə bilər”.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

 

O qeyd edib ki, əksəriyyət qaydaara riayət etmir:

 

“Hamı karantinin yumşaldılmasını istəyir. Amma əksəriyyət də qoyulan qaydalara riayət etmir. Əgər normal həyata qayıtmaq istəyiriksə, qaydalara əməl edərək karantin rejimindən çıxmalıyıq”.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV