esse
N.A.-ya ithaf
Biri vardı, biri yoxdu, bir Sən vardın, bir də O.
Sən və O.
Bir gün həyat Səni və Onu üz-üzə gətirdisə, geriyə yol yoxdursa, taleyinin hökmü budursa, “Bu təsadüfdür, qismətimi tapmamışam hələ”, – deyə üz çevirmək – olmaz!
Hətta Onu sevmədinsə, hisslərilə oynayıb cırnatmaq, sonradan “zarafata görə bağışla” demək – olmaz!
Son mənzil bəllidirsə, getdiyin ünvanda qəfil dayanıb, “yolum başqa yanadır” demək – olmaz!
Öncə özünü sevdirmək, sonra xəyanət edib “əfv et”, – deyə geri dönmək – olmaz!
“Bir daha olmayacaq” deyə tövbə edib hər şeyin əvvəlki kimi olduğunu düşünmək – olmaz!
Həmişə xəyanət eləmək, sonra “mən düzələcəm, söz...” – deyə and içmək – olmaz!
Öldürmək və can verənin qulağına “bu, sırf təsadüf idi” pıçıldamaq – olmaz!
Bu həyatdır, məgər bilmirdin, – qisas Qiyamətə qalmaz!..
Biri vardı, biri yoxdu, bir Sən vardın, bir də O.
O yoxdur.
Onsuz da Sənin varlığını Onsuz görən varmı? – olmaz!