Modern.az

“Bəşəriyyət yox olur” - Mask xəbərdarlıq edir

“Bəşəriyyət yox olur” - Mask xəbərdarlıq edir

Dünya

25 Avqust 2026, 10:21

Amerikalı milyarder və sahibkar İlon Mask dünyada doğum səviyyəsinin azalmasının bəşəriyyətin gələcəyi üçün ciddi təhlükə yaratdığını bildirib.

Modern.az xəbər verir ki, o bu barədə “X”də yazıb.

“Bəşəriyyət yox olur”, - Mask paylaşım edib.

O, bu fikri Sinqapurda doğum səviyyəsinin kəskin azalması ilə bağlı paylaşımı şərh edərkən səsləndirib. X istifadəçisi “Freeze” ölkədə demoqrafik vəziyyətə diqqət çəkərək, 2025-ci ildə ümumi doğum əmsalının rekord həddə - 0,87 uşağa qədər gerilədiyini yazıb.

Sinqapurun rəsmi məlumatına görə, ölkədə 2025-ci il üzrə ilkin ümumi doğum əmsalı həqiqətən də 0,87 olub. Bu göstərici 2024-cü ildəki 0,97-dən də aşağıdır.

Ümumi doğum əmsalı bir qadının reproduktiv yaşları ərzində mövcud doğum səviyyələri dəyişmədiyi halda dünyaya gətirəcəyi orta uşaq sayını ifadə edir. Əhalinin sadə təkrar istehsalı üçün adətən təxminən 2,1 səviyyəsi tələb olunur.

Sinqapur hökuməti doğum səviyyəsinin artırılması məqsədilə ailələrə maliyyə dəstəyi, uşağa qulluq məzuniyyətlərinin genişləndirilməsi, mənzil imkanlarının artırılması və uşaq baxımı xidmətlərinə subsidiyalar kimi tədbirlər həyata keçirir. Ölkə rəsmiləri isə aşağı doğum səviyyəsini uzunmüddətli demoqrafik problem kimi qiymətləndirirlər.

Mask daha əvvəl də aşağı doğum səviyyəsini bəşəriyyət üçün uzunmüddətli risklərdən biri kimi qiymətləndirib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!