Modern.az

Naxçıvan istiqamətindəki mövqelərimiz atəşə tutuldu

Naxçıvan istiqamətindəki mövqelərimiz atəşə tutuldu

Ölkə

6 Avqust 2021, 16:32

Avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Müadfiə Nazirliyi məlumat yayıb.

 

Bildilirib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

 

Cavab atəşi ilə qarşı tərəf  susdurulub.

 

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi