Modern.az

Yolların «avtoş» problemi

Yolların «avtoş» problemi

Ölkə

14 Fevral 2010, 20:12

Modern.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, ötən ildə 610 avtoxuliqan saxlanılıb. Lakin yol polisinin avtoxuliqanlar barəsində gördüyü tədbirlər problemin tamamilə aradan qalxmasına kömək etməyib. İndi də günün müxtəlif saatlarında şəhərin ayrı-ayrı yerlərində «avtoş»lara rast gəlmək olur. Onların idarə etdikləri maşınların çıxardığı tükürpədici səslər dayanacaqlarda avtobus gözləyən sərnişinləri vahiməyə salır, onların həyəcanlanmasına səbəb olur. Təkcə özlərinin deyil, həm də digər sürücü və piyadaların həyatına təhlükə yaradan avtoxuliqanlar öz hərəkətlərilə “Yol hərəkəti haqqında» Qanununu və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini pozurlar. Lakin yol polisi bəzi hallarda «avtoş»larla bacara bilmir ki, bunun da əsas səbəbi həmin şəxslərin yüksək çinli vəzifə sahiblərinin övladları olmasıdır.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?